Sosial ödənişlər Novruz bayramınadək veriləcək

Sosial ödənişlər Novruz bayramınadək veriləcək
  18 Mart 2024    Oxunub:590
Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.
Bu barədə AzVision.az -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkənin bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

AzVision.az


Teqlər:





Xəbər lenti