Kəlbəcərdə yük maşını aşıb, ölən var

   Kəlbəcərdə yük maşını aşıb,    ölən var
  17 Mart 2024    Oxunub:642
Kəlbəcər rayon Yanşaq kəndində yük maşını aşıb, ağır xəsarətlər alan şəxs dünyasını dəyişib.
Yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, 1984-cü il təvəllüdlü L.Əhmədov ağır xəsarətlər alıb.

O, Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.(Report)
AzVision.az


Teqlər:





Xəbər lenti