Ruslar qatarlardan 30 kilometrlik müdafiə səddi yaratdılar

 Ruslar qatarlardan  30 kilometrlik  müdafiə səddi yaratdılar
  12 Fevral 2024    Oxunub:1482
Rusiya silahlı qüvvələri "Donetsk Xalq Respublikası"ında (qondarma DXR-red.) qeyri-adi müdafiə səddi yaradıblar.
Hərbçilər dəmir yolunda istifadəsiz yük vaqonlarından hərbi məqsədlər üçün istifadə edirlər. “Osvodomitel” Telegram kanalının kəşfiyyat məlumatlarına istinadən yaydığı xəbərə görə, improvizə edilmiş və “Çar qatarı” adı verilən vaqon səddinin uzunluğu 30 km-dir. Bu qəribə üsul mümkün hücumlardan qorunmaq üçün nəzərdə tutulub.

Rusiya ordusu Ukraynada iki qatar vurub
Qeyd edilir ki, hərbi struktur 2,1 minə yaxın müxtəlif tipli vaqonlardan ibarətdir. Müdafiə xətti Elenovka və Volnovaxa yaşayış məntəqələrini birləşdirən dəmir yolunun bir hissəsində yerləşir.

Məqalədə o da vurğulanır ki, bu "Çar qatarı" 2023-cü ilin yayından yığılmağa başlayıb. Hətta o, yüklərin daşınması və ya eləcə adi nəqliyyat üçün nəzərdə tutulsaydı, dünyanın ən uzun qatarı ola bilərdi. Lakin bu layihənin məqsədi məhz müdafiə xəttini gücləndirməkdir.

“İdeya aydındır - Ukrayna Silahlı Qüvvələrinin irəliləyişinə maneə yaratmaq. "Çar qatarı"nın özünü ayrıca müdafiə xətti hesab etmək olar. Çünki 30 kilometrlik metal kütləsini zədələmək, yerindən tərpətmək və ya partlatmaq son dərəcə çətin prosesdir”, - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qatar   Rusiya  





Xəbər lenti