Baş həkim Navalnının son vəziyyətini açıqladı

 Baş həkim Navalnının son vəziyyətini açıqladı
  21 Avqust 2020    Oxunub:2091
Navalnının vəziyyəti yaxşılaşıb, amma qeyri-sabitdir və bu, onun başqa yerə daşınmasına imkan vermir.
Azvision.az xəbər verir ki, bu barədə Omsk xəstəxanasının baş həkimi bildirib.

Müxalifət liderinin mətbuat katibi Kira Yarmışın sözlərinə görə, həkimlər onun vəziyyətinin digər yerə daşınmasna imkan vermədiyi qənaətindədir.

"Qərar Moskva mütəxəssislərinin iştirakı ilə keçirilən müşavirədə qəbul edilib. Navalnı sabit ağır vəziyyətdə qalır", - deyə Yarmış əlavə edib.

Xatırladaq ki, ötən gün Tomskdan Moskvaya uçan təyyarədə olan Aleksey Navalnının səhhəti pisləşib. Təyyarə təcili olaraq Omsk şəhərinə eniş edib. Hazırda Navalnı 1 nömrəli Omsk təcili yardım xəstəxanasının reanimasiya şöbəsindədir. Onun zəhərləndiyi iddia olunur. Xəstəxanadan zəhərlənmənin versiyalardan biri olduğu bildirilib.

Aparılan araşdırmaların nəticələrinə görə, həkimlər Navalnıda insult, infarkt və ya yoluxucu, o cümlədən koronavirus əlamətlərini tapmayıblar.

Xatırladaq ki, Almaniya mətbuatı Navalnının Berlinə aparılması üçün tibbi təyyarənin yola düşdüyünü yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Navalnı   Müxalifət  





Xəbər lenti