Suqovuşanda insan sümükləri tapıldı

   Suqovuşanda insan sümükləri tapıldı
  06 May 2024    Oxunub:1312
Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində sümük fraqmentləri aşkarlanıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti