“Tesla” robot taksisini Çində sınaqdan keçirəcək

“Tesla” robot taksisini Çində sınaqdan keçirəcək
  08 May 2024    Oxunub:538
Avtomobil istehsalçısı “Tesla” Çin bazarında tam avtonom idarəetmə funksiyasına malik avtomobillərini sınaqdan keçirməyə hazırlaşır.
Bu barədə “China Daily” qəzeti mənbəyə istinadən məlumat yayıb. Qeyd olunub ki, Çin hökuməti “Tesla” şirkətinin baş direktoru İlon Maskın Çinə son səfəri zamanı təqdim etdiyi bu plana qismən dəstək olub. Belə avtomobillərin Çin bazarında taksi kimi istifadə oluna biləcəyi güman edilir.

Lakin, Maskın Çinə səfəri zamanı sürücüyə yardım funksiyalarını təmin etmək üçün lazım olan məlumatların toplanması və ötürülməsi üçün icazənin alınması məsələsi ətraflı müzakirə olunmayıb.

Buna baxmayaraq, aprelin 20-də Çinin “Baidu” şirkəti magistral yolda istifadə olunan naviqasiya texnologiyalarının təkmilləşdirilməsi üzrə “Tesla” ilə əməkdaşlıq edəcəyini təsdiqləyib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti