Qubanın mədəniyyət müəssisələrinə baxış keçirilib - FOTOLAR

Qubanın mədəniyyət müəssisələrinə baxış keçirilib -  FOTOLAR
  06 May 2024    Oxunub:774
Xəbər verdiyimiz kimi, mayın 6-da mədəniyyət naziri Adil Kərimli Quba şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib.
AzVision.az xəbər verir ki, qəbuldan sonra nazir Quba rayonunun bir sıra kəndlərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinə baş çəkib.

Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin Qəçrəş kənd Diyarşünaslıq klubu, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qəçrəş kənd kitabxana filialı, Qımılqazma kənd klubu və kənd kitabxana filialının fəaliyyəti ilə tanışlıq olub.

Müəssisələrin mövcud vəziyyəti və funksionallığı yerində yoxlanılıb, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti