Paşinyan Rusiya kanallarını bağlamaqla hədələdi

   Paşinyan Rusiya kanallarını bağlamaqla    hədələdi
  07 May 2024    Oxunub:657
"Dövlət nizamına və respublikanın maraqlarına hörmət etmədiyi təqdirdə Ermənistanda Rusiya kanallarının yayımı dayandırılacaq".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında jurnalistlərə deyib.

“Düşünürəm ki, siz bununla bağlı problemlərdən xəbərdarsınız. Biz bu kanalların bütövlükdə Ermənistanın vətəndaşlarına və dövlət nizamına hörmətlə yanaşacağını gözləyirik. Məncə, biz qeyri-mümkün bir şey istəmirik”.

Baş nazirin sözlərinə görə, Ermənistan hökuməti və dövləti haqqında mənfi ifadələr işlədən televiziya şirkətləri eynisini Rusiyada edə bilməz.

Obildirib ki, iki ölkə arasındakı dostluq münasibətlərini nəzərə alan Ermənistan hökuməti bu cür davranışı bir dəfə bağışlaya bilər.

"Tələblərimizə məhəl qoyulmasa, bu televiziya şirkətlərinin Ermənistanda yayımına son qoyulacaq".

Qeyd edək ki, bundan öncə Ermənistanda "Vladimir Solovyovla axşam" və "Vladimir Solovyovla bazar axşamı" verlişlərinin yayımı dayandırılıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti