Metroda sərnişin müdaxiləsi nasazlıq yaradıb

Metroda sərnişin müdaxiləsi nasazlıq yaradıb
  06 May 2024    Oxunub:622
"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.
Bakı Metropolitenin Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, "28 May" stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb.

Nəticədə, qatar stansiyanı sərnişinsiz olmaqla 6 dəqiqə yubanma ilə tərk edib.

Əks istiqamətdən xəttə ehtiyat qatar verilib.

Hazırda qatarlararası intervalın bərpası istiqamətində tədbirlər görülür.

AzVision.az


Teqlər: hadisə   metro  





Xəbər lenti