Türkiyədə bir gündə 1092 nəfər koronavirusdan sağaldı

   Türkiyədə bir gündə 1092 nəfər koronavirusdan sağaldı
  29 İyul 2020    Oxunub:3210
Türkiyədə son sutka ərzində 15 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 963 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5645, virusa yoluxanlar isə 227 min 982 nəfərə çatıb.

Türkiyədə indiyədək 211 min 561 xəstə (son sutkada 1092 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti