"Domodedovo" aeroportunda bomba həyəcanı

"Domodedovo" aeroportunda bomba həyəcanı
  28 İyul 2020    Oxunub:3587
Rusiyanın "Domodedovo" hava limanına və dayanacaqdakı bütün təyyarələrə bomba yerləşdirilməsi barədə anonim məlumat daxil olub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, fövqəladə hallar xidmətinin nümayəndəsi hazırda əməliyyat tədbirləri görüldüyünü bildirib.

Aeroportun heyəti və sərnişinlər evakuasiya olunmayıb.

Xatırladaq ki, ötən ilin sonlarından başlayaraq Rusiyanın müxtəlif şəhərlərindəki məhkəmələrə, ticarət mərkəzlərinə, metro stansiyalarına, təyyarələrə, məktəblərə, hava limanlarına, xəstəxanalara bomba qoyulması xəbərləri yayılır. Lakin bu təhdidlərin heç biri təsdiqlənməyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti