Evdən qaçan 19 yaşlı gəlin tapıldı

Evdən qaçan 19 yaşlı gəlin tapıldı
  02 Avqust 2017    Oxunub:1845
İtkin düşmüş Biləsuvar rayon sakini tapılıb.
AzVision.az xəbər verir ki, yaxınlarının "Report"-un Aran bürosuna verdiyi məlumata görə, rayonun Xırmandalı kənd sakini 19 yaşlı Zeynalzadə İlahə İqbal qızı bu gün evlərinə zəng edərək Bakı şəhərində olduğunu bildirib.

O, bu il iyulun 25-də evdən çıxıb və geri qayıtmayıb.

İ.Zeynalzadə evdən çıxarkən yaşyarımlıq körpəsini və sənədlərini də aparıb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi də axtarış aparıb.

AzVision.az


Teqlər: Biləsuvar  





Xəbər lenti