Bakıda 6 otaqlı evdə yanğın olub

Bakıda 6 otaqlı evdə yanğın olub
  26 İyul 2017    Oxunub:1031
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 150 m2 olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsində yerləşən hamamın yanar konstruksiyaları 6 m2 sahədə və 1 ədəd suqızdırıcı aparat yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər: FHN   Yanğın   Bakı  





Xəbər lenti