4 ayda 160-dan xəstənin ürəyi əməliyyat olunub

4 ayda 160-dan xəstənin ürəyi əməliyyat olunub
  18 İyul 2017    Oxunub:2663
“Azərbaycanda robotik cərrahiyənin aparılmamasının səbəbi texnika ilə əlaqədar problem deyil”.
AzVision.az xəbər verir ki, bunu Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov deyib. O bildirib ki, bu gün Azərbaycanda olmasa da, dünyada robortlar vasitəsi ilə ürək cərrahi əməliyyatları keçirilir:



“Gələcəkdə robortlar vasitəsi ilə ürək əməliyyatlarının artması gözlənilir. Azərbaycanda belə əməliyyatın olmamasına səbəb düşünürəm ki, maliyyədir. Xəstə üçün bu, astronomik qiymətdir. İcbari tibbi sığortanın tətbiqindən sonra bu, mümkün olar. Bu gün sadəcə, belə aparatlara illik xidmətin dəyəri 2 milyon dollardır. Gələcəkdə icbari tibbi sığortanın tətbiqindən sonra Azərbaycanda robortlar vasitəsi ilə belə əməliyyatların aparılması mümkün ola bilər. Ancaq inanın ki, heç bir robort insan qədər bacarıqlı ola bilməz”.



R.Mahmudov bildirib ki, 4 ay ərzində Bakı Ürək Mərkəzində 160-dan çox xəstənin üzərində açıq ürək əməliyyatının mürəkkəb formaları icra olunub: “300-ə yaxın xəstəyə isə innovativ, yəni qansız şəkildə damarların açılması həyata keçirilib. Əməliyyatların 20 faizini isə anadangəlmə ürək qüsurlu uşaqların əməliyyatı olub”.



Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini, S.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirov dünyada 40 yaşdan yuxarı hər 5 nəfərdən birinin ürək çatışmazlığından əziyyət çəkdiyinin nəzərə çatdırıb.

Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: ürək   əməliyyat  





Xəbər lenti