“Ordunun maliyyələşdirilməsi 17-20% artıb” - Nazir

“Ordunun maliyyələşdirilməsi 17-20% artıb” - Nazir
  13 İyul 2017    Oxunub:1354
Azərbaycan Silahlı Qüvvələrinin maliyyələşdirilməsi 2017-ci ildə 17-20% artıb.
AzVision.az-ın məlumatına görə, bunu “Ria Novosti” agentliyinə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib. Onun sözlərinə görə, dünyada maliyyə böhranı olmasına baxmayaraq, orduya ayrılan vəsait azaldılmayıb.

“Məni müdafiə naziri kimi ordunun maliyyələşdirilməsi maraqlandırır. Ötən il ordunun maliyyələşdirilməsi artıb. Bu il maliyyələşdirilmə 17-20% artıb. Bu onu göstərir ki, Prezident və Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan hökuməti orduya, onun yeni silahlarla təchiz olunmasına böyük diqqət ayırır. Son illər qarşımızda qoyulan vəzifə ordunu modernləşdirmək və gücləndirmək olub”.

AzVision.az


Teqlər: Zakir-Həsənov   Ordu  





Xəbər lenti