913 nəfər bank sektorunu tərk edib

913 nəfər bank sektorunu tərk edib
  12 İyul 2017    Oxunub:1469
Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30 mlrd. 101,1 mln. manat, cəmi öhdəlikləri 27 mlrd. 342,2 mln. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AzVision.az-a verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 758,8 mln. manatdır. Əhalinin əmanətləri 6 mlrd. 820,1 mln. manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2476-dır. Bütövlükdə bank sektorunun işçi heyəti 16034 nəfər təşkil edir.

Bank işlərinin sayı isə bu il iyunun 1-nə 16 034 nəfər təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 913 nəfər və yaxud 5,4% azdır. Mayın sonuna bank fililallarının sayı 560, şöbələrin sayı 141, bankomatların sayı 2 476 ədəd təşkil edib. İlin əvvəli ilə müqayisədə bank filiallarının sayı 9 ədəd azalıb, şöbələrin sayı 10 ədəd artıb. Bankomatların sayında isə 15 ədəd artım qeydə alınıb.

AzVision.az


Teqlər: MBNP   kapital  





Xəbər lenti