Həmsədrlərdən İlham Əliyev və Sarkisyana təklif

Həmsədrlərdən İlham Əliyev və Sarkisyana təklif
  12 İyul 2017    Oxunub:2100
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Brüsseldəki görüşü ilə bağlı bəyanat yayıb
AzVision.az-ın məlumatına görə, bəyanatda deyilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland iyulun 11-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gələcək addımları müzakirə edib.

“Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Nazirlər öz prezidentlərinə həmsədrlərin bu ilin sonunadək yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı təklifini çatdırmağa razılıq verib. Həmsədrlər prezidentlərin görüşünün təşkil edilməsini təklif edib. Görüş zamanı təmas xəttindəki son durum da müzakirə edilib”.

Qeyd olunub ki, nazirlər və həmsədrlər sentyabr ayında Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində yenidən görüşmək barədə razılığa gəliblər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ATƏT   Dağlıq-Qarabağ   cəbhə  





Xəbər lenti