Çinin nüfuzlu agentliyi Azay Quliyevin təşəbbüsündən yazdı

Çinin nüfuzlu agentliyi Azay Quliyevin təşəbbüsündən yazdı
  11 İyul 2017    Oxunub:1655
Çinin ən böyük xəbər agentliyi Sinxua ATƏT PA-da yaradılan İpək Yoluna Dəstək Qrupunun(SRG) fəaliyyəti barədə məlumat yayıb.
Agentliyin bu gün yaydığı məlumatda bildirilir ki, ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu yaradılıb və qrupun yaradılmasının təşəbbüskarı Azərbaycandır. 17 ölkənin təsisçisi olduğu bu böyük qrupa yaxın gələcəkdə daha 3 ölkənin qoşulacağı gözlənilir.

Sinxua agentliyinin yaydığı xəbərdə deyilir: “ATƏT PA-nın vitse prezidenti, Azərbaycandan olan parlamentari Azay Quliyev qrupun yaradılması məqsədlərinə toxunaraq bildirib ki, bu layihə qarşılıqlı iqtisadi və ticari əlaqələr üçün böyük platforma olacaq. Bu platforma qarşısında nəqliyyat dəhlizlərinin genişləndirilməsi, ticari və daşınma prosedurlarının sadələşdirilməsi, fərdlərin məhsulların, malların, xidmətlərin, investisiyaların azad və təhlükəsiz hərəkətinin inkişaf etdirilməsi tələbləri qoyulub.

Azay Quliyev ona diqqət çəkib ki, "İpək yolunun iqtisadi zolağı” –böyük miqyaslı layihədir və bura qoşulan ölkələr onun uğurla inkişafında maraqlıdılar. "Biz parlamentarilər əlimizdən gələnləri əsirgəməməliyik ki, ölkələrimiz əməkdşalıq etsinlər”- deyə ATƏT vitse prezidenti deyib.

Agentliyin məlumatında o da qeyd olunur ki, ATƏT PA vitse prezidenti Azay Quliyev bildirib ki, İpək Yoluna Dəstək Qrupu istənilən halda Çinlə əməkdaşlıq edəcək. Baxmayaraq ki, Çin ATƏT PA işində iştirak etmir, bu ölkə bir çox ATƏT PA üzv dövlətlərinin strateji tərəfdaşıdır və İpək Yolu ilə bağlı böyük layihənin təşəbbüskar və sərmayəçisidir. Azay Quliyev ehtimal edir ki, İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək ilk birgə toplantısına Çin dəvət ediləcək və həmin toplantıda bu ölkənin təklif və fikirlərini dinləmək mümkün olacaq.

Xatırladaq ki, ATƏT PA-nın 26-cı yay sessiyası Minsk şəhərində keçirilib. Bu sessiya İpək Yoluna Dəstək Qrupunun yaradılması ilə yadda qalıb. Qrupun təşəbbüskarı Azərbaycandır və daha 16 dövlət təsisçi kimi çıxış ediblər.

AzVision.az


Teqlər: Çin   Sinxua   Azay-Quliyev   ATƏT-PA  





Xəbər lenti