Ermənistanda əsgər intihar etdi

23:54   18 May 2017    Oxunub: 836

Ermənistan İstintaq Komitəsində Qrişa Vardan Karapetyanın ölüm faktı ilə bağlı cinayət işi açılıb.

AzVision.az xəbər verir ki, öncəki məlumatlara görə, 2017-ci il mayın 17-də, saat 10:30 radələrində, Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən müqaviləli əsgər Qişa Vardan Karapetyan döyüş mövqelərində ölü tapılıb.

Əraziyə baxış keçirərkən əldə edilən ilkin məlumatlara əsasən, müqaviləli əsgər Qrişa Karapetyanın öz avtomatından özünə atəş açması nəticəsində intihar etdiyi müəyyən edilib.

Məsələ ilə bağlı araşdırma aparılır.

Şahin Qocayev
AzVision.az

Teqlər: Ermənistan   intihar    


Rubrikanın digər yazıları