"Neftçi"yə texniki məğlubiyyət verildi

"Neftçi"yə texniki məğlubiyyət verildi
  25 Aprel 2017    Oxunub:1672
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İclasda 27-ci tutun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Premyer Liqanın XXVII turunun “Zirə” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 68-ci dəqiqəsində “Neftçi” klubunun heyətində əvəzetmə zamanı limit pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Qarabağ” – “Sumqayıt” matçında isə “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti