Prezident Milli Məclisə layihə göndərib

Prezident Milli Məclisə layihə göndərib
  12 Aprel 2017    Oxunub:1482
Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

AzVision.az xəbər verir ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən əlavə müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağan ediləcək.

Komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, dəyişiklik layihəsi prezidentin imzası ilə Milli Məclisə daxil olub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis  





Xəbər lenti