Avropa İttifaqı gələcəyini Britaniyasız qurur - Yenilənib

Avropa İttifaqı gələcəyini Britaniyasız qurur - Yenilənib
  25 Mart 2017    Oxunub:1418
Avropa Birliyinin 27 ölkəsinin liderləi Böyük Britaniya olmadan qurumun gələcəyinə dair Roma bəyannaməsi imzalayıblar.
AzVision.az xəbər verir ki, sənədin imzalanma mərasimi Kapitolidə keçirilib.


**

Bu gün İtaliyada Avropa Birliyinin Roma müqaviləsinin 60 illiyinə həsr olunmuş sammiti başlayıb.

AzVision.az xəbər verir ki, 27 ölkənin dövlət və hökumət başçılarının görüşü zamanı təhlükəsizlik tədbirləri gücləndirilib. Belə ki, hakimiyyət nümayişlər zamanı baş verə biləcək iğtişaşların yaranmasından ehtiyat edir.

Tədbir iştirakçılarını 5 mindən çox hüquq mühafizə orqanlarının əməkdaşları və hərbçilər qoruyur. İlk dəfədir ki, Böyük Britaniya tədbirdə təmsil olunmur.

Sammitdə müştərək yubiley deklarasiyasının qəbulu gözlənilir. Həmçinn dövlət və hökumət başçıları Böyük Britaniyanın Aİ tərkibindən çıxdıqdan sonra bu qurumun inkişafı məsələsini müzakirə edəcəklər.

AzVision.az


Teqlər: AvropaBirliyi   sammit  





Xəbər lenti