"Bakı Metropoliteni" tender keçirir

"Bakı Metropoliteni" tender keçirir
  24 Mart 2017    Oxunub:1036
“Bakı Metropoliteni” QSC istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan malların, ehtiyyat hissələrinin satın alınması üzrə açıq tender elan edib.
AzVision.az-ın məlumatına görə, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Tender 15 lot - fərdi mühafizə vasitələrinin (lot-1), boyalar, lak və boya məmulatlarının (lot-2), qranit və mərmərin (lot-3), keramoqranitin (lot-4), mebel, şüşə, qapı və s. malların (lot-5), hidroizolyasiya mallarının (lot-6), reklam işləri üçün malların (lot-7), tikinti mallarının (lot-8), birləşdirici və bərkidicilərin (lot-9), kimyəvi təmizliyicilərin (lot-10), 81-717, 81-714 seriyalı metro vaqonlarının təmirində istifadə olunan mexaniki, pnevmatik, elektrik və elektron ehtiyat hissələrinin (lot-11), metal profillərin (lot-12), yük və minik avtomobil təkərlərinin (lot-13), metropoliten tunellərində istifadə edilən korroziya əleyhinə örtüyün (lot-14) və yastıqların (lot-15) alınması üzrə keçirilir.

Tenderdə iştirak haqqı 6, 11 və 12-ci lotlar üzrə 300 manat, qalan lotlar üzrə isə 200 manatdır. İddiaçılar ilkin sənədləri mayın 1-nə qədər, tender təklifi və bank təminatını isə mayın 10-na qədər Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına təqdim etməlidirlər.

Təkliflərə mayın 11-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti