Bakıda 3 otaqlı mənzil yanıb

21:39   19 Mart 2017    Oxunub: 258

Bakıda yanğın qeydə alınıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan 3 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: FHN   Yanğın   Bakı  


Rubrikanın digər yazıları