Rusiya Türkiyəyə başsağlığı verdi: `Qarşılarında baş əyirik`

Rusiya Türkiyəyə başsağlığı verdi: `Qarşılarında baş əyirik`
  29 İyun 2016    Oxunub:3219
Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Aleksey Puşkov İstanbulda baş verən terror aktları ilə bağlı başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə Puşkov öz “Twitter” səhifəsində yazıb.

“Bütün dünyada terror aktlarının qurbanları günahsız adamlar olur. Biz ruslar İstanbul, Brüssel, Parisdə baş verən dəhşəti yaxşı anlayırıq. Həlak olanların qarşısında baş əyir, yaxınlarına başsağlığı verir və onları yad edirik”, - deyə Puşkov bəyan edib.

Qeyd edək ki, ötən gün üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti