Samuxda evə basqın edənlər tutulub

Samuxda evə basqın edənlər tutulub
  29 Noyabr 2015    Oxunub:1650
Noyabr 22-də saat 03 radələrində Samux rayonu sakini Azadə Məmmədovanın evinə pəncərədən iki naməlum şəxs girib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin şəxslər A.Məmmədovanın anası Bəyazın ağzını yapışqanlı lentlə bağlayaraq oradan 500 manat götürüb hadisə yerini tərk ediblər.

Baş Cinayət-Axtarış İdarəsi, Samux RPŞ, Xəzər RPİ və Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş Gədəbəy rayon sakini Buta Abdullayev, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Orxan Əlizadə, Anar Rəhimov və Mehman Qarayev tutulublar.

AzVision.az


Teqlər:





Xəbər lenti