Nardaranda son durum - meyitlər sabah qaytarılacaq

Nardaranda son durum - meyitlər sabah qaytarılacaq
  28 Noyabr 2015    Oxunub:7453
Ötən gün Nardaran hadisələri zamanı həlak olmuş qəsəbə sakinlərinin meyitləri sabah qaytarılacaq.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib ki, hazırda meyitlər ekspertizadadır: "Hazırda istintaq aparılır. Sabah meyitlərin qaytarılacağı deyilib".

N.Kərimovun sözlərinə görə, məsələni şişirtməyə ehtiyac yoxdur: "Heç kəs bizə meyitlərin qaytarılmayacağını deməyib".

Hazırda Nardaranda vəziyyət dəyişməz olaraq qalır. Bu gün Sabunçu rayon rəhbərliyi ilə ağsaqqallar arasında aparılan danışıqlarda ümumi məxrəcə gəlinmədiyi üçün kənd sakinləri hələ də meydanı tərk etməyiblər. Kənd sakinləri ötən gün qarşıdurma zamanı öldürülənlərin meyitlərinin kəndə gətiriləcəyini gözləyirlər.

Kənddə abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi dayandırılıb. Meydana toplaşan kənd sakinləri tonqal yandıraraq ətrafına yığışıblar.

Nardaran qəsəbəsinin giriş və çıxışı dünən olduğu kimi, bu gün də ciddi nəzarətdədir, qəsəbəyə daxil olan avtomobillər yoxlanılır. (trend)


Teqlər:





Xəbər lenti