PKK yenə qan tökdü: 2 ölü, 24 yaralı - (YENİLƏNİB)

PKK yenə qan tökdü: 2 ölü, 24 yaralı - (YENİLƏNİB)
  29 Avqust 2015    Oxunub:2011
PKK terror təşkilatının silahlı hücumu nəticəsində yaralanan iki polis bu gün dünyasını dəyişib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK terrorçuları Türkiyənin Şanlıurfa vilayətində Balıklıgöl Dövlət Xəstəxanasına hücum edib.

Hadisə nəticəsində xəstəxanada xidməti vəzifəsini yerinə yetirən iki polis ağır yaralanıb.

Tibbi yardımlara baxmayaraq, polislərin həyatını qutarmaq mümkün olmayıb.

Şırnakda da polislərə silahlı hücum edilib. Terrorçular Şırnakın İdıl bölgəsində patrul çəkən polis maşınına raket və iri çaplı silahlardan atəş açıblar.

Yayılan məlumata görə, ölən və yaralananlar olmasa da polislərin qarşılıqlı atəş amçması nəticəsində terroristlər hadisə yerini tərk ediblər.

***
10:07

Türkiyənin cənub şərqində yerləşən Mardin vilayətində isə PKK yaraqlılarının avtobusu partlatması nəticəsində 24 nəfər yaralanıb. Yaralılar 10-u polis əməkdaşıdır.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Türkiyə hüquq mühafizə orqanları hadisə yerində genişmiqyaslı anti-terror əməliyyatlarına başlayıb.

Gültəkin Ələsəgər


Teqlər:  





Xəbər lenti