Voleybol yığmamızın baş məşqçisi işdən çıxarıldı

Voleybol yığmamızın baş məşqçisi işdən çıxarıldı
  30 İyun 2015    Oxunub:4551
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Oyunlarında medal qazana bilməməyi baş məşqçi dəyişikliyi ilə nəticələnib.
Yığmamızın inkişafında xüsusi pay sahibi olan Faiq Qarayev yenidən komandanın “sükanı arxası”na keçib. O, AVRO-2013-ün final mərhələsi zamanı bu posta gətirilən Aleksandr Çervayovu əvəzləyib.

Nəticədə sentyabrın 26-da Belçika və Hollandiyada start götürəcək AVRO-2015-də komandamız yenidən təcrübəli mütəxəssisin rəhbərliyi altında oynayacaq. Bu səbəbdən yığmamızın əvvəlki oyununu tapıb, ən azı AVRO-2003-dəki uğurunu təkrarlayıb, hətta onu yaxşılaşdıracağını gözləməyə dəyər. Həmin vaxt 4-cü olan voleybolçularımız bu dəfə mükafata iddialı olacaqlar.

Səhhətində problemlər olan 56 yaşlı Qarayev bunları aradan qaldırmaq üçün bu gün əməliyyat da edilib. Həkim müayinəsindən tam keçdikdən sonra onun meydanda olmasına hansısa problem qalmayacaq.
(Apa)


Teqlər:





Xəbər lenti