“Qarabağ üzərində qələbə mənasını itirib”- erməni ekspertin ETİRAFI (VİDEO)

“Qarabağ üzərində qələbə mənasını itirib”- erməni ekspertin ETİRAFI (VİDEO)
  16 İyun 2015    Oxunub:4641
“Əgər bu gün Şuşada Azərbaycan bayrağı dalğalansa, ermənilər buna heç də etiraz etməyəcək, Yerevanda yüz minlərin mitinqini gözləməyin!”

Bu gün Ermənistanda “Dağlıq Qarabağa” olan münasibət mənfidir. Bunu, Ermənistanın seçki və siyasi texnologiyalar üzrə eksperti Armen Badalyan, erməni hüquq müdafiəçisi Mikael Danielyanın “Dissident mətbəxi” verilişində deyib.

Ermənistanın Azərbaycana heç vaxt qalib gələ bilməyəcəyini, deyən Badalyan həmyerlilərini “Qarabağ üzərində qələbə” yuxusundan ayılmağa çağırıb.

“İndi 88-ci il deyil, bunu birdəfəlik anlamaq lazımdır. Qarabağ əsilli prezidentlərin kimliyi cəmiyyətimizdə çoxlarına məlumdur. Yəni, Qarabağda nəsə baş versə, Yerevanda 100 minlərlə insan küçələrə tökülərək etiraz mitinqləri keçirəcək desələr, inanmayın. Çünki, bizimkilərin şüuraltı təfəkkürləri dəyişib. 88-ci ildə Qarabağ deyəndə, insanlar işıqlı gələcək təsəvvür edirdilər. Bu gün - 20 ildən sonra, cəmiyyət də dəyişib, bununla birgə Qarabağ mövzusunun məğzi də...

Heç kimə sirr deyil... İkinci prezidenti Robert Koçaryanı da görmüşük, üçüncü prezident Serj Sarkisyanı da, üstəlik onların qardaşlarını da... Bəli, görmüşük- onlar qarabağlıdırlar. Hər şey ortadadır, məhz onların qoyduqları izlər müəyyən müddətdən sonra öz təsirini göstərəcək. Çox vaxt insanlara deyirəm, əgər Şuşanın başı üzərində Azərbaycan bayrağının dalğalandığını görsəniz, Yerevanda yüz minlərin etirazını gözləməyin. Ola bilsin ki, daşnaklar, bir-iki nəfəri toplayıb mitinq etsinlər, lakin bilin və agah olun, `Ermənistanın Qarabağ üzərində qələbəsi` məsələsi mənasını tamamilə itirib”- deyə erməni ekspert reallığı etiraf edib.



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti