`Berlin TV` ASAN Xidməti göstərdi – VİDEO
Üçüncü reportaj artıq dünyada `Azərbaycan brendi` kimi tanınan ASAN xidmətə həsr olunub. Reportajda ASAN Xidmətin iş prinsipləri, fəaliyyətinin necə qurulması göstərilib, vətəndaşların fikirləri öyrənilib və Xidmətin rəhbəti İnam Kərimovdan müsahibə götürülüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə Almaniyanın “Godd Media” təşkilatı Azərbaycanda idmanın, turizmin, vətəndaş cəmiyyətinin inkişafı, Qarabağ münaqişəsi haqqında 8 reportaj hazırlayaraq Berlin TV kanalında yayımlayacaq.