Sürücülər bunları bilməlidir - VİDEO
Qadağalardan biri qayda pozuntusundan sonra sürücü ilə polisin ünsiyyətə girdikləri məkanla bağlıdır. Bu zaman patrul maşınındakı kameralar görüntü çəkmək radiusu nəzərə alınmalıdır. Sürücülər hansısa qayda pozuntusuna görə tərtib edilən protokola təklif və iradlarını qeyd edə, yaxud da protokolu ümumiyyətlə imzalamaqdan imtina edə bilərlər
Avtomobillərin hansı hallarda cərimə meydançasına aparılması ilə bağlı bəzi şərtlər də sürücülərə qaranlıq qalır. Elə şərtlər var ki, sürücülər qaydanı pozsa da dərhal maşın cərimə meydançasına aparılmamalıdır. Əgər avtomobil yanlış parketməyə görə evakuatora mindirilibsə və sürücü özünü vaxtında əraziyə çatdırsa məsələ necə həllini tapmalıdır ?
Bu qaydalar həm yol hərəkəti haqqında qanunvericilikdə, həm də daxili işlər nazirliyinin təlimatlarında öz əksini tapıb. Ona görə də sürücülər həmin mənbələrdən istifadə etsələr yaxşıdır.
Teqlər: