Azərbaycanlı gənc Türkiyədə yoxa çıxıb

Azərbaycanlı gənc Türkiyədə yoxa çıxıb
  26 Noyabr 2014    Oxunub:1149
Türkiyədə azərbaycanlı gənc itkin düşüb.
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşı, 23 yaşlı İmanov Elçin Bəkir oğlu Türkiyənin Hatay şəhərində yoxa çıxıb.

E. İmanovun özündən 3 yaş böyük qardaşı Həzi İmanov da 2013-cü ilin yayında Türkiyənin Hatay şəhərində itkin düşüb. Onun itkin düşməsi haqqında məlumatlar bu ilin yayında İnterpoln saytında yerləşdirilib.

Hazırda onların tapılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.(APA)


Teqlər:





Xəbər lenti