Bir gündə 43 cinayət

Bir gündə 43 cinayət
  22 Noyabr 2014    Oxunub:1309
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 43 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

AzVision.a Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.


Teqlər:





Xəbər lenti