Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür
  15 Sentyabr 2014    Oxunub:1254
Bu gün Azərbaycanda Bilik Günü kimi qeyd olunur. AzVision.az xəbər verir ki, Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Bilik Günündə bütün məktəblərdə ilk dərs vətənpərvərlik mövzusunda keçiriləcək.

Bu gündən 1692 gənc müəllim işə başlayacaq. Onlar “müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.

Bu tədris ilində Azərbaycanda 138 min nəfərdən çox uşaq birinci sinifə gedir.

Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.

Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan kitablar artıq bütün məktəblərə çatdırılıb.

Orta təhsilini qızıl və gümüş medallar almaqla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.

Qeyd edək ki, ilk dərs günü ilə əlaqədar Bakı polisi və Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçib.

AzVision.az


Teqlər:





Xəbər lenti