`Aqua Park`da kütləvi dava: türk adminstrator döyüldü

`Aqua Park`da kütləvi dava: türk adminstrator döyüldü
  27 İyul 2014    Oxunub:1251
Şıxov çimərliyindəki istirahət mərkəzində dava düşüb
Bakıdakı "Aqua Park"lardan birində kütləvi dava olub. AzVision.az lent.az-a istinadən xəbər verir ki, hadisə Şıxov qəsəbəsində, Salyan yolu 32 ünvanında yerləşən istirahət mərkəzində qeydə alınıb. Həmin istirahət mərkəzində administrator vəzifəsində çalışan Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Sönməz Mehmet Halid oğlu qapalı kəllə-beyin travması və beyin silkələnmsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Artıq iki sutka keçməsinə baxmayaraq, onu dindirmək mümkün olmayıb. 36 yaşlı kişinin vəziyyəti ağır olaraq qalır.

İlkin araşdırmalar nəticəsində türkiyəli adminstratorun bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülməsi müəyyən edilib. Hadisə iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəb edilməsi istiqamətində iş aparılır.


Teqlər:  





Xəbər lenti