"Xəzər TV" əməkdaşları “Bakı-2015” formasında - FOTOLAR

"Xəzər TV" əməkdaşları “Bakı-2015” formasında - FOTOLAR
  05 May 2015    Oxunub:5358
Xəzər Televiziyasının əməkdaşları “Bakı-2015” loqolu geyimlə işləyəcəklər.
Telekanalın Xəbərlər Departamentinin əməkdaşları bu gündən çəkilişlərdə üzərində “Bakı – 2015” I Avropa Oyunlarının loqosu olan xüsusi geyimlərlə iştirak edəcək.

“Xəzər TV”-nin sözçüsü Aqşin Kamalın sözlərinə görə artıq əməkdaşlar loqolu geyimlərlə təmin olunublar. “Bu addım Azərbaycanda baş tutacaq tarixi hadisənin təbliğatına televiziya olaraq dəstək məqsədi daşıyır. Əməkdaşlarımız həm ətrafdakıların, həm də müsahiblərinin diqqətini bir daha bu oyunlara cəlb etmək istəyir. “Xəzər TV” - nin jurnalistləri bütün tədbirlərdə, çəkilişlərdə bu uniformalarla fəaliyyət göstərəcək” deyə kanaldan bildirilib.

Qalereya




Teqlər:





Xəbər lenti