Zakir Qaralov iki rayona prokuror təyin etdi

Zakir Qaralov iki rayona prokuror təyin etdi
  27 Fevral 2015    Oxunub:2420
Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bərdə rayon prokuroru Rəhim Əliyev və Ağdam rayon prokuroru Kamran Əhmədov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Suraxanı və Saatlı rayon prokuroru vəzifələrinə təyinat alıblar.

Ağdam və Bərdə rayon prokuroru vəzifələrinə hələlik təyinat yoxdur.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Xatırladaq ki, Suraxanı rayonunun keçmiş prokuroru Sərdar İmanov isə bir müddət əvvəl Sumqayıt şəhər prokuroru təyin edilib.


Teqlər:  





Xəbər lenti