Ukraynada azərbaycanlı jurnalistlərə qarşı təxribat

Ukraynada azərbaycanlı jurnalistlərə qarşı təxribat
  26 May 2016    Oxunub:3533
Ukraynanın “Mirotvorec” saytı ölkəyə girişi qadağan edilmiş 239 jurnalistin adını açıqlayıb.
Siyahıda Azərbaycan KİV-də çalışan 11 jurnalistin də adı yer alıb. Sayt iddia edir ki, azərbaycanlı jurnalistlər “Luqansk Xalq Respublikası”na getdikləri üçün “qara siyahı”ya düşüb.

Adı “qara siyahı”ya düşdüyü iddia edilən “Azad Azərbaycan” teleradio şirkətinin Rusiya üzrə müxbiri Elzar Ağayev AzVision.az-a açıqlamasında “Mirotvorec” saytının yaydığı məlumatın həqiqəti əks etdirmədiyini deyb.

Jurnalistin sözlərinə görə, saytda dərc olunan siyahı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytından götürülüb. Bu siyahını Rusiya XİN-in saytından əldə etmək mümkündür.



“Mən heç vaxt separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"na səfər etməməşəm. Ukrayna tərəfindən isə adımın “qara siyahı” ya düşməsi ilə bağlı mənə heç bir rəsmi məlumat verilməyib.

Ümid edirəm ki, `Mirotvorets` saytı və Ukraynanın aidiyyəti dövlət strukturları anlaşılmazlığın aradan qaldırılması üçün lazımı addımlar atacaq.”-deyə jurnalist bildirib.

Adları siyahıda əks olunan digər azərbaycanlı jurnalistlər də Ukraynada “qara siyahı”ya düşdüklərini bildiriblər.

Qeyd edək ki, "Mirotvorec"in baş redakotoru Anton Geraşenko Ukraynanın daxili işlər naziri erməni əsilli Arsen Avakovun məsləhətçisidir. Ehtimal olunur ki, bu hadisə ermənilərin təxribatının nəticəsidir.

Saytın təqdim etdiyi siyahıda adları hallanan azərbaycanlı jurnalistlər:

1. Aqşin Kişiyev, ANS TV
2. Anar Həsənov, "Lider" TV
3. Musa İsmayılov, "İrs - Miras" jurnalı
4. Elzar Ağayev, "Azad Azərbaycan" teleradio şirkəti
5. Cahangir Məhərrəmov, "Respublika" qəzeti
6. Cahangir Hüseynov, "Azərbaycan xəbərləri" qəzeti
7. Şəhriyar İmambəyli, "Xəzər" TV
8. Zakir Musayev, "AzTV"
9. Fəridə Abdullayeva, "AzərTac"
10. Fərid Əkbərov, "Azəri-Press" informasiya agentliyi
11. Orxan Yolçuyev, "Trend"

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti