Təyyarəni Bakıya endirən şəxs öldü

Təyyarəni Bakıya endirən şəxs öldü
  20 Aprel 2015    Oxunub:2355
Ötən gün Norveç aviaşirkətinə məxsus Banqkok-Kopenhagen aviareysi üzrə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib.
AzVision.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Məhərrəm Səfərli bildirib ki, sərnişinlərdən birinin vəziyyəti kəskin pisləşdiyi üçün Norveç aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib. Məcburi eniş 16:02-də baş verib və həmin təyyarədə olan 57 yaşlı Danimarka vətəndaşı Alen Lasten reysdən çıxarılıb. Vəziyyəti pisləşən sərnişin 3 saylı Sabunçu şəhər xəstəxanasına ürək çatışmazlığı diaqnozu ilə yerləşdirilib.

Lakin, o xəstəxanada dünyasını dəyişib.

Xidmət rəisi qeyd edib ki, həmin an təyyarənin göyərtəsində 288 sərnişin olub. Məcburi eniş edən təyyarəyə Heydər Əliyev Beynəlxalq Hava Limanı tərəfindən bütün yerüstü xidmətlər göstərilib və təyyarə 17:37-də Kopenhagen istiqamətinə uçuşa başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti