Sinoptiklərdən hava müjdəsi

Sinoptiklərdən hava müjdəsi
  01 Aprel 2015    Oxunub:2259
Azərbaycanda hava şəraiti mülayimləşəcək, bəzi yerlərdə temperatur 14 dərəcəyədək yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, aprelin 2-də hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın hərarəti gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti