Referendum baş tutdu

Referendum baş tutdu
  26 Sentyabr 2016    Oxunub:2960
Azərbaycanda keçirilən referendum baş tutmuş hesab edilir.

Seçki Məcəlləsinə əsasən referendumda vahid seçici siyahısında olan seçicilərin 25 faizindən çoxu iştirak etdikdə referendum baş tutur.

Mərkəzi Seçki Komissiyasının (MSK) saat 12:00-a açıqladığı məlumata görə vahid seçici siyahısında olan seçicilərin 30,6 faizi artıq səs verib. Bu, referendumun baş tutduğunu göstəririr.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti