Prezident AzTV-də iki müavini işdən çıxardı

Prezident AzTV-də iki müavini işdən çıxardı
  05 May 2015    Oxunub:4608
Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

Bu barədə AzVision.az-a AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımlı məlumat verib. O, qeyd edib ki, sərəncama görə, cəmiyyət sədrinin radio üzrə müavini Cavanşir Cahangirov, sədrin televiziya üzrə müavini Faiq Hüsiyev vəzifələrindən azad ediliblər.

AzTV-nin szöçüsü onu da qeyd edib ki, Prezidentin digər sərəncamı ilə Elsevər Dünyamalıyev cəmiyyət sərdinin radio məsələləri üzrə, Rəşad Nəsirov isə televiziya məsələləri üzrə müavini təyin olunub.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti