Ölkədə 700-dən çox 100 yaşlı seçici var

Ölkədə 700-dən çox 100 yaşlı seçici var
  27 May 2015    Oxunub:2290
“Ölkədə yaşı 100 yaş və yuxarı olan 701 nəfər (0,01%) seçici var. Ən yaşlı seçici Zərdab rayon sakini, 1888-ci ildə anadan olmuş 127 yaşlı Bayramova Süfü Mikayıl qızıdır”.

AzVision.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan üzrə seçicilərin daimi siyahısının tərtibinə dair keçirilən iclasında MSK sədri Məzahir Pənahov söyləyib.

MSK sədri bildirib ki, Azərbaycanda 5 milyon 93 min 289 nəfər seçicinin 2 milyon 632 min 961 nəfəri qadın, 2 milyon 460 min 328 nəfəri kişidir.

Onun sözlərinə görə, yaş qrupları üzrə ən çox seçici 27-35 və 46-55 yaş qruplarındadır. Müvafiq olaraq bu seçici qruplarında 1 milyon 59 min 738 nəfər və 1 milyon 39 min 868 nəfər seçici var. MSK sədri ən yaşlı seçiçinin adını da açıqlayıb. O, bildirib ki, ölkədə yaşı 100 yaş və yuxarı olan 701 nəfər (0,01%) seçici var. Ən yaşlı seçici Zərdab rayon sakini, 1888-ci ildə anadan olmuş 127 yaşlı Bayramova Süfü Mikayıl qızıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti