Nazirlikdən İsmayıllıdakı ana ölümü ilə bağlı AÇIQLAMA

Nazirlikdən İsmayıllıdakı ana ölümü ilə bağlı AÇIQLAMA
  25 Noyabr 2014    Oxunub:2382
Səhiyyə Nazirliyi İsmayıllı rayon Mərkəzi Xəstəxanasında baş verən ana və körpə ölümü ilə bağlı açıqlama verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli AzVision.az-a açıqlamasında bildirib ki, artıq bu hadisə ilə bağlı Səhiyyə Nazirliyinə məlumat daxil olub:

“Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası artıq araşdırma aparır. Bu barədə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün axşam saatlarında İsmayıllı rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. Rayonun Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızı və körpəsi doğuş zamanı dünyasını dəyişib.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti