Məşhur futbolçu məşqdən sonra öldü

Məşhur futbolçu məşqdən sonra öldü
  04 İyul 2015    Oxunub:2948
Çinin “Çindao Xaynyu” klubunun serbiyalı yarımmüdafiəçisi Qoqan Qoqiç komandanın məşqindən sonra vəfat edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

28 yaşlı futbolçu özünü avtobusa pis hiss edib, huşunu itirib. Qoqiç xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qoqiçin Asiyaya gedən qədər çıxış etdiyi Belqradın “Çrvena Zvezda” klubu öz rəsmi saytında məlumat yerləşdirərək futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

2013-cü ildə Qoqiç “Çrvena Zvezda” klubunun heyətində Serbiya kubokunun, 2014-cü ildə isə çempionatın qalibi olub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti