Kerri ilə Lavrov razılığa gəldi

Kerri ilə Lavrov razılığa gəldi
  11 Fevral 2016    Oxunub:1695
ABŞ Dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Suriya ilə bağlı qarşıdan gələn sülh danışıqlarını müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Suriyada atəşin dayandırılması və mühasirədə olan bölgələrə humanitar yardım çatdırılmasının vacibliyi barədə razılıq əldə ediblər.

Fevralın 11-də Münhendə keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında Kerri ilə Lavrov arasında görüş gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti