İstanbulu partladanlardan biri çeçen olub - FOTOLAR

İstanbulu partladanlardan biri çeçen olub - FOTOLAR
  30 İyun 2016    Oxunub:2717
İstanbulda Atatürk Hava limanında partlayış törədən terrorçuların kimliyi bəlli olub. Onlardan biri çeçen əsilli Rusiya vətəndaşı olduğu müəyyənləşib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxs Osman Vadinovdur. Adıçəkilən şəxsİn İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilir.

Müəyyən edilib ki, hava limanında “Kalaşnikov”dan atəş açan terrorçu Osman Vadinovdur.

Qeyd edək ki, partlayışları İŞİD üzvü olduğu güman edilən üç şəxs törədib. Onlar partlayışdan 32 gün öncə İstanbula gələrək Fatih bölgəsində ev kirayələyiblər. Terrorçular yerli vaxtla 20:35–də taksiyə minərək hava limanına gediblər.







Xatırladaq ki, bundan əvvəl Türkyə KİV-lərinin yaydığı xəbərə görə, İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçular törədib. Tacikistan əsilli olduqları bildirilən üç terrorçu-kamikadzenin fotoşəkilini “Milliyyət” dərc edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti