İmtahan nəticələri bu gün açıqlanacaq

İmtahan nəticələri bu gün açıqlanacaq
  25 İyul 2016    Oxunub:2663
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanlarıın nəticələri açıqlanacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, iyulun 23-də kiçirilən imtahan nəticələri bu gün günortadan sonra bəlli olacaq.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə ali məktəblərə imtahanlarında 29196 abituriyentin iştirak edib. Onlardan 16197 abituriyent II qrup üzrə, 12999 abituriyent III qrup üzrə imtahan verib.

Abituriyentlərdən 26346 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 14340, III qrup üzrə 12006 nəfər), 2850 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993 nəfər) məzunudur. Abituriyentlərin 13391 nəfəri oğlanlar (II qrup üzrə 10110 nəfər, III qrup üzrə 3281 nəfər), 15805 nəfəri isə qızlardır (II qrup üzrə 6087 nəfər, III qrup üzrə 9718 nəfər). 28069 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 1117 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.

198 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1976-cı ildən, ən gənci isə 2001-ci ildəndir.

İmtahan keçirilən gün, yəni iyulun 23-də II və III ixtisas qrupları üzrə ali məktəblərə keçirilmiş qəbul imtahanlarının ilkin yoxlanışı “Space” telekanalının Abituriyent verilişində yayımlanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti