Hərbçilərimiz qəzaya düşdü

Hərbçilərimiz qəzaya düşdü
  29 Noyabr 2014    Oxunub:1706
Ucar rayonunda yol qəzası baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu ərazisində iki yük avtomobili toqquşub. Yük maşınlarından birinin Azərbaycan Milli Ordusuna məxsus olduğu bildirilir.

Qəza zamanı avtomobildə bir neçə əsgər və zabit olub. Xoşbəxtlikdən xəsarət alan yoxdur.

Digər "KamAz" markalı yük maşınına ciddi ziyan dəysə də, sürücü yüngül xəsarətlər alıb. Yol polisi hadisə yerində araşdırma aparır.

Qeyd edək ki, orduya məxsus avtomobilin arxasında qoşqusu da olub. İlkin məlumatlara görə, qəzaya səbəb kimi dumanlı hava göstərilir.(Qafqazinfo)


Teqlər:  





Xəbər lenti